Valeh Ələsgərov parlament rəhbərlərinin toplanrısına qatılacaq
11 İyul 2018 12:21 SiyasətMilli Məclis Sədrinin müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 11-də Polşanın paytaxtı Varşavaya səfər edəcək.
Milli Məclisdən "Olaylar"a verilən xəbərə görə, tədbirdə "Parlament əməkdaşlığının gücləndirilməsi: Regionun inkişafı naminə imkan kimi" və "Beynəlxalq siyasətdə parlamentlər" mövzularında müzakirələr aparılacaq. Səfər çərçivəsində vitse-spiker Valeh Ələsgərov Polşa parlamentarizminin 550 illik yubileyi və ölkənin müstəqilliyinin bərpa edilməsinin 100 illiyinə həsr olunmuş mərasimlərə qatılacaq. Səfər iyulun 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31