Fuad Muradov Fransanın dövlət və hökumət rəsmiləri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransaya səfəri çərçivəsində Fransanın dövlət və hökumət rəsmiləri ilə görüşüb.  "OLAYLAR" xəbər verir ki, görüşlərdə Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən də danışılıb. Bildirilib ki, Fransada yaşayan diaspor üzvlərimizin yeganə narahatlığı ölkəmizin ərazi bütövlüyünün pozulmasıdır. 
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan böyük gözləntilərin olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31