Prezident İlham Əliyev: “Türkiyə ilə dostuq, qardaşıq”
10 İyul 2018 17:26 Siyasət"Türkiyənin ordusu çox güclüdür. Hərbi sahədə əməkdaşlığımız uğurla davam edir. Bu il ümumilikdə 7 hərbi təlim keçiriləcək, onlardan artıq 3-ü keçirilib. Bizim əlaqələrimiz çoxşaxəlidir".
"Report"un xəbərinə görə, bunu Bakıda Azərbaycan Prezidenti İlham ƏliyevTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyənatında deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə ilə Azərbaycanın əlaqələrinin təməlində xalqların birliyi, ortaq maraqlar dayanır: "Biz dostuq, qardaşıq. Seçkilərdən sonra Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsi bunu bir daha göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31