Yohan N.Şnayder-Ammann: “Azərbaycanda özümüzü evinmizdəki kimi hiss edirik”

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən İsveçrə investisiyalı inşaat kimyəviləri zavodu ilə tanış olub.

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən İsveçrə investisiyalı inşaat kimyəviləri zavodu ilə tanış olub.

İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bununla bağlı Sumqayıt Kimya Sənaye Parkında keçirilmiş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda siyasi, iqtisadi-maliyyə sabitliyinin nəticəsi olaraq xarici investorların ölkəmizə marağı artır. Bütün bunlar isə Azərbaycanda müasir müəssisələrin yaradılmasına geniş imkanlar açır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İsveçrə kapitalı ilə tikilən inşaat kimyəviləri zavodu da Azərbaycandakı əlverişli biznes və investisiya mühitinin bir nümunəsidir.

İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann diqqətə çatdırıb ki, SİKA şirkəti 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərir. İstehsal sahəsinin yaradılması isə xüsusilə önəmlidir: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Burada çox maraqlı gün yaşadıq. Fəxlə qeyd edirəm ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edirik".Fedetral müşavir investorlar üçün yaradılan əlverişli şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Müəssisənin fəaliyyəti ilə Azərbaycanın analoji məhsullara olan tələbatı ödəniləcək və idxaldan asılılıq azalacaq. Sonra SİKA şirkətinin fəaliyyəti barədə video-çarx nümayış olunub və təqdimat keçirilib. İsveçrə nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" müəssisəsində də olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31