Deputatımız İsrailə səfər edib

Milli Məclisin deputatı Rasim Musabəyov Parlament dostluq qruplarının konfransında iştirak etmək üçün  İsrailin Yerusəlim şəhərinə səfər edib.

MM-dən "Olaylar"a verilən məlumata görə, tədbir İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə Knesset tərəfindən təşkil olunub. Toplantıda İsrailin inkişafı, mədəniyyəti, yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər, dünya ölkələri ilə əlaqələri və digər məsələlər müzakirə olunacaq. 
Konfrans çərçivəsində Knesset üzvləri və tədbirə qatılan nümayəndə heyətləri arasında bir sıra görüşlər keçiriləcək. Görüşlərdə dostluq qruplarının fəaliyyəti, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər iyulun 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31