"Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc və mərhələli həllinə sadiqdir"

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və mərhələli həllinə sadiqdir". 

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.

"Görüşdə Regionda sabitliyin tərəfdarı olan Rusiyanın Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu və mərhələli həllinə dair mövqeyi bir daha təsdiqlənib", - Rusiya Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31