Tonoyan Naxçıvan sərhədinə gəldi
6 İyul 2018 18:15 SiyasətErmənistan Müdafiə naziri David Tonoyan Naxçıvanla sərhədə gəlib.
Bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan paylaşıb. Onun sözlərinə görə, Tonoyan səfər zamanı bölgədəki hərbi hissə rəhbərliyi ilə Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə edib.
Qeyd edək ki, sonuncu dəfə Tonoyan sərhəd ərazisinə bir neçə həftə əvvəl Xarici İşlər naziri Levon Mnatsakanyanla birgə gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31