"Ermənistanın Rusiyanı qıcıqlandırması münaqişənin həllini tezləşdirə bilər"
“Müşahidələrə görə, son vaxtlar Ermənistanda Qərbə yaxınlaşma prosesləri gedir. Artıq Avropa İttifaqı ilə saziş də təsdiqləndi. Lakin bu proseslər Rusiyadan gizli şəkildə həyata keçirilir. Çünki, Ermənistan anlayır ki, xarici siyasətlərini açıq şəkildə dəyişsələr, o zaman müəyyən problemlərlə üzləşəcəklər”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
5 İyul 2018 14:46 Siyasət"Müşahidələrə görə, son vaxtlar Ermənistanda Qərbə yaxınlaşma prosesləri gedir. Artıq Avropa İttifaqı ilə saziş də təsdiqləndi. Lakin bu proseslər Rusiyadan gizli şəkildə həyata keçirilir. Çünki, Ermənistan anlayır ki, xarici siyasətlərini açıq şəkildə dəyişsələr, o zaman müəyyən problemlərlə üzləşəcəklər".
Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
Ermənistanın atdığı addımların Rusiya tərəfindən də müşahidə edildiyini deyən politoloq söyləyib ki, artıq Moskva onların icraçı taktikasını itirdiyini anlayır.
Politoloq deyib ki, Paşinyanın ikili yanaşması Rusiyanı qıcıqlandırır: "Rusiya ekspertlərinin Azərbaycana, Cocuq Mərcanlıda Lələ Təpəyə səfər edərək, Ermənistana qarşı sərt ifadələr işlətməsi təsadüfi deyil. Azərbaycana səfər edən rusiyalı ekspertlər Kremlə yaxın siyasətçilər və onların fikirləri təkzib edilməyib. Bütün bunlar göstərir ki, Ermənistanın ikili siyasəti Rusiyanın ölkənin marağına uyğun deyil. Təbii ki, bundan sonra Rusiya diqqətlə vəziyyəti izləyəcək. Əgər Ermənistan açıq şəkildə Rusiyaya arxasını çöndərərsə, o zaman qonşu ölkə öz mövqeyində dayanmayıb siyasətində dəyişiklik edəcək".
Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsində Azərbaycanın qazancı məsələsinə gəldikdə F. Sadıqov qeyd edib ki, siyasətdə daimi dost və düşmən yoxdur: "Azərbaycanla Rusiya arasında münasibətlər strateji əməkdaşlıq formasındadır ki, bu da bizi qane edir. Amma biz Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın atdığı addımlardan tam razı ola bilmərik. Ermənistan hakimiyyətinin faktiki olaraq atdığı addımlar Rusiyanı Azərbaycana daha da yaxınlaşdırır. Rusiya anlayır ki, bu məsələdə müəyyən vasitələrlə Ermənistana təzyiq etmək olar. Bildiyiniz kimi son Naxçıvan hadisələri Paşinyan hakimiyyətə gəldikdən sonra baş verib. Bu da təsadüfi deyil. Aprel döyüşləri zamanı Rusiya təşvişə düşsə də, Naxçıvan hadisələrində heç bir mövqe bildirilmədi. Azərbaycan Naxçıvanda bir sıra ərazilərə nəzarəti ələ keçirib".
Politoloq əlavə edib ki, hazırda baş verənlər işğal altında olan torpaqlarımızı azad etməyə, öz hüququmuzu bərpa etməyə müəyyən şərait yaradır: "Hazırkı vəziyyətdən səmərəli şəkildə istifadə etmək mümkündür. Çünki Rusiyanın Azərbaycana yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin daha tez həll olunmasında müsbət şərait yarada bilər ".
SİA