Deputat: "Qəzaya siyasi don geyindirənlər məqsədlərinə nail ola bilməyəcəklər"

“Təəssüf ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etmək, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər. Ölkədə baş verənlərdən siyasi məqsədlər və dövlət əleyhinə istifadə etmək nə dərəcə ağıla sığandır?”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

"Təəssüf ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etmək, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər. Ölkədə baş verənlərdən siyasi məqsədlər və dövlət əleyhinə istifadə etmək nə dərəcə ağıla sığandır?".

Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, istənilən sahədə qəza baş verə bilər və heç kim bundan sığortalanmayıb: "Dünyanın aparıcı dövləti olan ABŞ-da il ərzində dəhşətli qəzaların baş verməsi ilə bağlı xəbərləri oxuyuruq. Həmçinin Avropa ölkələrində bu kimi hadisələrin baş verdiyini eşidirik. Lakin nədənsə müxalifətdən olan şəxslər ən xırda hadisələri, təbii fəlakəti və ya yol qəzasını belə siyasi məqsədlər üçün istifadə etməyə çalışır".

Deputat qeyd edib ki, baş verənlərlə bağlı əsası olmayan fikirlər irəli sürənlərin məqsədi cəmiyyətdə dövlətə qarşı inamısızlıq yaratmaq olsa da, buna heç bir zaman nail ola bilməyəcəklər: "Çünki, Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyi kifayət qədər dayanıqlı və yüksək səviyyədə qorunur. Bu cür ucuz hərəkətlərin və iyrənc məqsədlər heç zaman reallaşmayacaq. Bildiyiniz kimi Prezident İlham Əliyev baş verənləri nəzarətə götürməsindən dərhal sonra təcili olaraq tədbirlər görülərək problem aradan qaldırıldı. Azərbaycanda bütün sahələr nəzarətdədir və bütün qurumlar öz işini lazımı səviyyədə həyata keçirir. Təbii ki bu qəzanın baş verməsində günahı olan şəxslər Prezidentin tapşırığı ilə cəzalanacaqlar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31