"Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək"
Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək. Bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib.
5 İyul 2018 11:54 Siyasət"Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək".
Bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib.
O bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək:
"Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək".
Ş.Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq:
"Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31