Prezident İlham Əliyev Nursultan Nazarbayevə məktub göndərib
5 İyul 2018 11:22 SiyasətAzərbaycan Prezidenti İlham ƏliyevQazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə təbrik məktubu göndərib.
Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.
Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını doğum günü mübasibətilə təbrik edib: "Qazaxıstanda dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günbəgün artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur. Ölkələrimiz arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə verdiyiniz töhfə əvəzolunmazdır. Əminəm ki, strateji xarakter daşıyan Azərbaycan-Qazaxıstan dostluğu, əməkdaşlığı və tərəfdaşlığı xalqlarımızın maraqlarına bundan sonra da xidmət edəcək".
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31