Musa Qasımlı: “Ermənilərin jurnalistə hücum etməsindən təəccüblənmək lazım deyil"

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun gedişində törədilən soyqırımları və nəticələri barəsində Bolqarıstan televiziyasında proqramın hazırlanması cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “Hücum diplomatiyası” taktikasının konkret nəticəsidir”. Bunu millət vəkili Musa Qasımlı deyib.

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun gedişində törədilən soyqırımları və nəticələri barəsində Bolqarıstan televiziyasında proqramın hazırlanması cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi "Hücum diplomatiyası" taktikasının konkret nəticəsidir".

Bunu millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, belə proqramlar birdən-birə meydana çıxmır: "Bir tərəfdən bu, Azərbaycanın yürütdüyü fəaliyyətin nəticəsidirsə, digər tərəfdən bolqar jurnalistlərinin tədricən obyektivliyə meyl etməsini təsdiq edir. Ermənilər tərəfindən proqramı hazırlayan jurnalistə hücumun edilməsi isə erməni terror-siyasi təşkilatlarının iş üslubudur. Jurnalistə hücum edilməsindən, təhqir olunmasından və ölümlə hədələnməsindən təəccüblənmək lazım deyil. Erməni terror-siyasi təşkilatlarının proqramlarında açıq şəkildə yazılır ki, məqsədə çatmaq üçün hədə-qorxudan, terrordan istifadə edilə bilər. Bu isə həmin təşkilatların bütün anti-insani mahiyyətini ortaya qoyur".

Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.

Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31