Millət vəkili: “Ermənilər bilməlidirlər ki, yalan uzağa getmir"
“Bolqarıstan televiziyasında Ermənistanın təcavüzü ilə bağlı verilişin yayılması Azərbaycanın apardığı düzgün və istiqamətlənmiş xarici siyasətin nəticəsidir. Məhz apardığımız tədbirlər, beynəlxalq medianı məlumatlandırmağımız öz bəhrəsini verməkdədir”. Bunu millət vəkili Azər Badamov deyib.
4 İyul 2018 14:23 Siyasət"Bolqarıstan televiziyasında Ermənistanın təcavüzü ilə bağlı verilişin yayılması Azərbaycanın apardığı düzgün və istiqamətlənmiş xarici siyasətin nəticəsidir. Məhz apardığımız tədbirlər, beynəlxalq medianı məlumatlandırmağımız öz bəhrəsini verməkdədir".
Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Bolqarıstan televiziyasında belə bir verilişlərin yayılması erməni yalanlarının və bizə qarşı törətdikləri faciələrin beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində apardığımız təbliğatımızın uğurudur: "Artıq dünya ictimaiyyəti erməninin kim olduğunu yaxından tanımaqdadır. Məhz belə verilişlərin yayımlanması ermənilərin işğalçı olduqlarını, bizə qarşı soyqırımlar törətdiyini daha da sürətlə dünyaya çatdırılmağımıza imkan verir. Verilişdən sonra Bolqarıstanda yaşayan ermənilər Bolqarıstan TV-yə qarşı kompaniyaya başlayıblar. Bu gözlənilən idi. Çünki, ermənilər həmişə özlərini məzlum xalq kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışıb. Bolqarıstan TV isə Ermənilərin bizə qarşı törətdikləri təcavüzləri, Ermənistanın Azərbaycan torpaqları üzərində qurulduğunu, Xocalı faciəsini tam xronologiyası ilə təqdim edib. Bolqrıstan TV-nin auditoriysının da Avropada geniş olması və erməni yalanlarının tam iç üzü ilə təqdim olunması Bolqarıstanda yaşayan ermənilərin qəzəbinə gəlib. Ona görə də ermənilər təlaş içindədirlər və Bolqarıstan TV-yə qarşı hücuma keçiblər. Ermənilər bilməlidirlər ki, yalan uzağa getmir və gec-tez həqiqət öz yerini tutur".
SİA