Ermənistan danışıqlar masasına niyə gəlmir? - ŞƏRH
“Ermənistan son vaxtlar ciddi məğlubiyyətlərlə rastlaşıb. Azərbaycan ordusunun Naxçıvanda mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad, bunun fonunda düşmən ordusunda zəifliyin aşkarlanması, Ermənistan ordusunun şəxsi heyətinin kifayət qədər olmaması, ilə bağlı daxili qoşunların sərhəddə yerləşdirilməsi və digər baş verənlər Ermənistanın hərbi sahədə Azərbaycana xeyli uduzduğunu göstərir”. Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
4 İyul 2018 13:17 Siyasət"Ermənistan son vaxtlar ciddi məğlubiyyətlərlə rastlaşıb. Azərbaycan ordusunun Naxçıvanda mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad, bunun fonunda düşmən ordusunda zəifliyin aşkarlanması, Ermənistan ordusunun şəxsi heyətinin kifayət qədər olmaması, ilə bağlı daxili qoşunların sərhəddə yerləşdirilməsi və digər baş verənlər Ermənistanın hərbi sahədə Azərbaycana xeyli uduzduğunu göstərir".
Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
"Düşmən ölkə uduzduğunu informasiya müharibəsi ilə kompensasiya etməyə çalışır"
Politoloq bildirib ki, düşmən ölkə uduzduğunu informasiya müharibəsi ilə kompensasiya etməyə çalışır: " Bildiyiniz kimi Ermənistan cəbhə xəttində baş verənlərlə kifayətlənməyərək, informasiya müharibəsi ilə nəyəsə nail olmağa çalışır. Bütün resursları buna səfərbər edirlər. Bunun nəticəsində Ermənistan hakimiyyəti yalanlarla dolu bəyanatlar verməklə, daxili auditoriyanın fikirlərini yayındırmağa çalışır".
"Ermənistan cəmiyyəti cəbhədə gedən proseslərə əhəmiyyət vermir"
Onun sözlərinə görə, Ermənistan cəmiyyətini daha çox daxili problemlər narahat etdiyindən, cəbhə xəttində baş verənlər onları maraqlandırmır: "Düşmən ölkədə korrupsiya faktları ilə bağlı mübahisələr, illərlə pərdə arxasında olan problemlərin üzə çıxması cəmiyyəti daha çox maraqlandırdığına görə, cəbhədə edən proseslərə ciddi əhəmiyyət verilmir".
"Təmas xəttində fəallıq nümayiş etdirmək lazımdır"
İ.Vəlizadə qeyd edib ki, Ermənistanda cəmiyyətin diqqətini cəbhədə gedən proseslərə yönəltmək üçün təmas xəttində fəallıq nümayiş etdirmək lazımdır: "Bildiyiniz kimi Naxçıvanda keçirilən əməliyyatdan sonra düşmən ölkə cəmiyyəti öz diqqətini bu məsələyə yönəltməyə məcbur oldu. Bundan sonra Paşinyan xalqı sakitləşdirmək üçün yalan dolu çıxışlara əl atmağa başladı".
"Rusiya danışıqlar prosesini bərpa etmək istəsə də, Ermənistanın yanaşması buna mane olur"
Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesində durğunluğun müşahidə olunduğunu deyən politoloq söyləyib ki, buna səbəb Ermənistan tərəfinin məsələnin həllində qeyri-ciddi tələblərlə çıxış etməsidir. Düşmə ölkə Rusiyanın təkidi ilə tələbələrində müəyyən korrektələr etmək məcburiyyətindədir. Amma yenə də Rusiya tərəfi onların mövqeyi ilə tam razı deyil. Çünki, düşmən ölkə bütün hallarda danışıqlar prosesində qeyri-real elementlərin saxlanmasında maraqlıdırlar. Paşinyan 2016-cı ilə aprel döyüşləri zamanı itirilən mövqelərin geri qaytarılması ilə bağlı çağırışlar edib. Ona görə də Paşinyan fikrini dəyişdiyi halda, cəmiyyətin təzyiqi ilə üz-üzə gəlməmək üçün məsələnin həllini uzatmaqla vaxt qazanmağa çalışır. Lakin bu yanaşma nə Azərbaycanı, nə də Rusiyanı qane etmir. Çünki, Rusiya danışıqlar prosesini bərpa etmək istəsə də, Ermənistanın yanaşması buna mane olur".
"Avqust ayının sonunadək məsələnin həlli ilə əlaqədar heç bir dəyişiklik gözlənilmir"
İ. Vəlizadə əlavə edib ki, hazırda problemin həllinə əlaqədar qeyri-müəmmalı vəziyyət bir müddət davam edəcək: "Paşinyan danışıqlar prosesində boyun qaçıraraq, bura başqa fiqur əlavə etməyə çalışır. Amma Ermənistan daxilində baş fiqur yoxdur. Yalnız prezident şərti olaraq bu prosesdə iştirak edə bilər. Nə qədər ki, Ermənistan daxilində qeyri-müəyyən vəziyyət davam edəcək danışıqlar prosesi ətrafında real irəliləyiş gözləmək çox çətindir. Bütün hallarda cari ilin avqust ayının sonunadək məsələnin həlli ilə əlaqədar heç bir dəyişiklik gözlənilmir".
SİA