“Ermənilər jurnalistin verilişini təkzib etməyə çalışırlar"

“Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv yazı yazan bütün jurnalistlərə qarşı Ermənistanda bir aqressiv münasibət sərgilənir”. Bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv yazı yazan bütün jurnalistlərə qarşı Ermənistanda bir aqressiv münasibət sərgilənir".

Bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Sədrin sözlərinə görə, ermənilər jurnalistin yazısını, onun çəkdiyi verilişi və yaxud da hazırladığı reportajı əsassız arqumentlərlə təkzib etməyə çalışırlar: "Bu Ermənistan təbliğat maşınının, ideologiyasının əsasını təşkil edən məqamlardan biridir. Mən burada heç bir təəccüblü məsələ görmürəm. Bolqarıstandan gələn bir qrup şəxs Azərbaycanda olmuş ölkəmizin cəlb olunduğu əsassız münaqişə ilə bağlı, işğal olunmuş torpaqları ilə bağlı Azərbaycan haqqında bir kənar jurnalistin gözü ilə material hazırlanıb. Hesab edirəm ki, Ermənistan tərəfindən də bu cür təpkinin olması gözlənilən idi".

Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.

Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31