“Paşinyan "status-kvo"nu qoruyub saxlamaqda maraqlıdır"

“Ümumiyyətlə indiki vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan daha çox "status-kvo"nu qoruyub saxlamaqda maraqlıdır və buna çalışır. O müxtəlif vasitələrdən istifadə edir. Çünki Ermənistanın müharibə etməyə imkanı yoxdur. Aprel döyüşləri, Naxçıvandakı hərbi əməliyyatlar da bunu göstərdi”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

"Ümumiyyətlə indiki vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan daha çox "status-kvo"nu qoruyub saxlamaqda maraqlıdır və buna çalışır. O müxtəlif vasitələrdən istifadə edir. Çünki Ermənistanın müharibə etməyə imkanı yoxdur. Aprel döyüşləri, Naxçıvandakı hərbi əməliyyatlar da bunu göstərdi".

Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Ermənistan tam şəkildə başa düşür ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcək: "Onun müttəffiqləri də qeyri-müəyyəndir. Paşinyan hələ Rusiya ilə ABŞ arasında var-gəl edir. Ona görə də indiki vəziyyət qətiyyən Ermənistanın maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ötən gün İrəvanda ermənilərin "Qarabağ" mövzusunda keçirdiyi konfransda bir sıra ekspertlər xüsusi olaraq vurğulayıblar ki, hazırkı vəziyyətdə hərbi əməliyyatların başlanması Azərbaycana sərf edir. Hətta belə vurğulayırlar ki, müharibənin başlanması üçün indiki qədər Azərbaycan üçün sərfəli bir məqam yetişməmişdir. Ekspertlərin fikrincə, hərbi əməliyyatlar başlayarsa, Ermənistan heç bir müqavimət göstərə bilməyəcək. Ona görə də Paşinyan hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Bu mənada Paşinyan Rusiyanın, Amerikanın, Qərbin vasitəsilə Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməyə başlayır. Beləcə o, nə qədər mümkündürsə sülh yolunu davam etdirmək istəyir. Paşinyanın heç danışıqlarda da deməyə hansısa sözü yoxdur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31