Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir
Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-də Azərbaycana səfər edəcək.
3 İyul 2018 17:53 SiyasətFinlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-də Azərbaycana səfər edəcək.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Səfər zamanı Finlandiya ilə Azərbaycan arasında ticarət və ikitərəfli münasibətlər müzakirə olunacaq.
Finlandiyalı nazirin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəyi gözlənilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31