ABŞ Azərbaycan sərhədlərində yeni nüvə bombaları yerləşdirəcək – İDDİA

ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir.

ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir.

Bu haqda diplomatik mənbəyə istinadən "RİA-Novosti" agentliyi bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, ABŞ sözügedən məsələni Brüsseldə 11-12 iyul tarixlərində keçiriləcək NATO sammitində qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, söhbət "B61" Amerika taktik bombalarının GPS sistemi ilə təchiz edilmiş "B61-12" bombaları ilə əvəzlənməsindən gedir. Avropa KİV-inin məlumatına görə, "B61" bombaları 1960-cı illərdən Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşdirilib.

Xatırladaq ki, ABŞ-ın Hərbi-Hava Qüvvələri iyunda "B61-12" yeni idarə olunan nüvə bombasının birinci ixtisas sınaqlarını keçirib. Sınaqlar zamanı "B-2 Spirit" gözəgörünməz strateji bombardmançılardan istifadə olunub. ABŞ Konqresinin hesablamalarına görə, 2017-2046-cı illərdə ABŞ taktiki nüvə güclərinin modernləşdirilməsi üçün 25 milyard dollar maliyyə ayırmağı planlaşdırılır.

"B61-12" təyyarə bombaları "F-35 Lightning II" beşinci nəsil çoxfunksiyalı qırıcılarının platformalarına uyğun olmalıdır. Gözlənilir ki, "B61-12" bombalarının birinci partiyası 2020-ci ildə silahlanmaya daxil ediləcək.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31