"BTV-də yayımlanan film göstərdi ki, həqiqəti gizlətmək mümkün deyil"

"Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin çəkilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyədə olması, xalqlarımız arasında yaranmış dostluq münasibətləri həlledici rol oynayıb". Bu fikirləri Milli Məclisin “Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu”nun sədri Rauf Əliyev deyib.

"Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin çəkilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyədə olması, xalqlarımız arasında yaranmış dostluq münasibətləri həlledici rol oynayıb".

Bu fikirləri Milli Məclisin "Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu"nun sədri Rauf Əliyev deyib.

O bildirib ki, diplomatik əlaqələr yaradıldıqdan sonra iki ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, nazirlər və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub: "Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına səfəri böyük rol oynayıb. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstanın prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaradıb. Bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri, iqtisadiyyat xüsusilə energetika, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb".

2017-ci ilin may ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan konfransın keçirildiyini xatırladan R. Əliyev söyləyib ki, baş tutan bütün görüşlərdə, həyata keçirilən tədbirlərdə Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, 20 faiz torpaqlarımızın düşmən ölkə tərəfindən işğal olunduğu nəzərə çatdırılaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyri-şərtsiz boşaldılması barədə BMT-nin məlum 4 qətnaməsinə məhəl qoymadığı, işğal olunan torpaqlarda həyata keçirilən erməni vəhşilikləri o cümlədən Xocalı soyqırımı və digər qətliamlar barədə məlumatlar verilib",

Dostluq qrupunun sədri qeyd edib ki, İki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında hər iki ölkənin səfirliklərinin diplomatik sahədə apardıqları işlərin, Milli Məclisin "Azərbaycan -Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu" və Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin "Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrup" larının qarşılıqlı səfərləri və apardıqları məqsədyönlü işlər də mühüm rol oynayıb: "Bolqarıstan mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı filmin nümayiş etdirilməsi bir daha göstərir ki, həqiqətləri heç vaxt gizlətmək mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı uğurlu, balanslaşdırılmış xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu ildən-ilə durmadan artır, Azərbaycanı dəstəkləyən ölkələrin sayı çoxalır. Bu da Dağlıq Qarabağ haqqında həqiqətlərin beynəlxalq aləmdə daha geniş surətdə yayılmasına əlverişli şərait yaradır. İnanırıq ki, bundan sonra da işğal olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi əməllər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən müxtəlif ölkələrdə çəkilmiş filimlərin şahidi olacağıq".

Xatırladaq ki, Bolqarıstanın BTV kanalında yayımlanan "Spomeni ot Karabax" adlı filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının işğalı əks olunub. Filmdə erməni vəhşiliyi, Xocalı soyqırımı və digər qətliamlar və təmas xəttindəki mövcud durum barədə obyektiv həqiqətlər bolqar tamaşaçılarına təqdim edilib. Bunun ardınca filmdəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31