Artıq bütün dünya ermənilərin vəhşi, qaniçən, terrorçu olduğunu anlayır
3 İyul 2018 15:52 SiyasətYaxın gələcəkdə digər ölkələrin media sahələrində də buna bənzər məsələlər ışıqlandırılacaq.
Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana qarşı hərbi tacavüzü ilə bağlı veriliş yayımladıqdan sonra, Bolqarıstanda yaşayan ermənilərinin verilişi hazırlayan jurnalistə vəkanala hücumu ilə bağlı olan məsələylə bağlı Olaylar.az media kapitanlarının açıqlamalarını təqdim edir.
Dünya ictimaiyyəti artıq bilir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarında olan bir dövlətdir

"Bolqarıstan televiziyasının məlum sujetləri göstərdiyi kadrlar, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin mahiyyətini və bütünlüklə Qarabağ probleminin mahiyyətini dünyaya, o cümlədən Bolqarıstan ictimaiyyətinə göstərmək baxımından çox önəmli, əhəmiyyətli bir faktdır. Bu fakt bir daha göstərir ki, Ermənistan dövləti Azərbaycana qarşı apardığı ərazi iddiaları siyasətinin mahiyyətini dünyadan nə qədər gizlətməyə, pərdələməyə, təhrif olunmuş bir formada çatdırmağa cəhd göstərsə də bu siyasət iflasa məhkumdur və dünya birliyi, dünya xalqları Qarabağ probleminin əsil mahiyyətinin nədən ibarət olduğunu yaxşı anlayır".- Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev dünya ictimaiyyətinin artıq Ermənistanı Azərbaycana qarşı ərazi iddialarında olan bir dövlət olaraq tanıdığını bildirib: "Bu ərazi iddialarını artıq hərbi təcavüz yolu ilə həyata keçirir. Azərbaycanın ərazi bütövlüyünü pozur, bizim süverenliyimizə qəsd edib, etnik təmizləmə siyasəti aparıb eyni zamanda bütün Azərbaycan xalqına qarşı fürsət düşən kimi genosid aktları törədir və hətta cansız, amma tariximizin böyük yadigarları sayılan milli mənəvi, mədəniyyət dəyərlərimizə qarşı da vandal siyasət aparır və belə bir vaxtda Bolqarıstan televiziyasının ifşa etdiyi materialları Ermənistanın dövlət siyasətinin dünyada mahiyyətinin ifşa edilməsində çox böyük rol oynayır və həm də elə bir vaxta həyata keçirilir ki, Ermənistanın yeni rəhbərliyi Avropa məkanında indikilərdən nisbətən fərqli, daha aktiv bir siyasət aparmaq yollarını axtarır və bu istiqamətdə aktivləşməyə çalışır. Elə bir vaxtda Bolqarıstan televiziyasının bu əsaslı və arqumentli süjeti Ermənistanın Avropa məkanında aparmaq istədiyi yeni siyasətə qarşı çox sarsıdıcı bir zərbə kimi görsənir.
Ekspert qeyd edib ki, Bolqarıstanda yaşayan ermənilərin bu hərəkətini məhs aqressiv və Bolqarıstan televiziyasının hədəfə çox dəqiq zərbə vurmasından təsiri kimi dəyərləndirmək lazımdır. "Yəni ermənilər onların Avropada apardıqları siyasətin mahiyyətinin ifşa olunmasından qəzəbləniblər və onlar bu qəzəbin intiqamını Bolqarıstan televiziyasından almağa çalışırlar. Bu fakt bir tərəfdən Ermənistanın dövlət siyasətinin ifşa olunmasının çox dəqiq bir xarakter daşıdığını göstərir, eyni vaxta Ermənistanın azad mediaya qarşı nə qədər barışmaz bir mövqe sərgilədiyini bir daha ortaya qoyur. Bu yaxınlarda xatırladım ki, hətta Avropa Şurasının özündə belə bir fakt səslənmişdi ki, bütün Ermənistanın yeni hakimiyyəti Ermənistan dövlətinin bu gün idarə edən yeni qüvvələr tək qəzetin üzərinə düşərək onu məhv etməyə çalışırlar. Bu gün Bolqarıstanda milliyətcə erməni olan insanların məhz öz dövlətlərinin təcavözkar siyasətindən lazımı nəticə çıxarmaq əvəzinə bu siyasəti həqiqi şəkildə ifşa edən bir televizyanın üzərinə hücum çəkməsi bu dövlətin azad mediaya qarşı nə qədər barışmaz və düşmən mövqe göstərdiyini bir daha sübut edir".
Ermənilər bolqar jurnalistə hücum etməklə bir daha sübut etdilər ki, onlar işğalçıdırlar

"Bolqarıstanın BTV televiziya kanalında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və bu məsələdə Azərbaycanın haqlı mövqeyi ilə bağlı gedən reportajdan sonra ermənilərin bolqar jurnalistinə hücum etməsi əslində onların işğalçılıq və təcavüzkar faktını sübut etdi".
Bu fikirləri "SƏS" Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, bu günün özündə, Bolqarıstanda güclü erməni diasporu mövcuddur və məhz bu ölkədə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, Xocalı soyqırımı, həmçinin erməni vəhşiliklərinin ifşasının ictimailəşdirilməsi bu diaspora üzərində qazanılmış qələbə hesab edilə bilər: "Sirr deyil ki, Bolqarıstanda uzun illərlə formalaşmış erməni diasporu mövcuddur. Belə olan vəziyyətdə Azərbaycanın haqq səsinin bolqar ictimaiyyətinə çatdırılması həmin diasporu deyərdim ki, darmadağın etdi. Məhz bu baxımdan, ermənilərin jurnalisti təhdid etməsi, xüsusilə, BTV telekanalına hücumlar etməsi bu xalqın azərbaycanlılara qarşı vəhşiliklərini bir daha ortaya qoydu".
Ekspert bildirib ki, heç bir vaxt gerçəklik tarixdə gizli qalmır. Belə ki, gec, ya da tez haqq və ədalət öz yerini tapır: "Gördüyümüz kimi, Qarabağın ermənilər tərəfindən işğala məruz qalması, erməni terroru faktı Bolqarıstan kimi dövlətdə də işıqlandırıldı. Bu, bilavasitə Azərbaycanın zəfəri olaraq dəyərləndirilə bilər. Habelə, xatırlamalıyıq ki, iyunun 26-da Bakıda keçirilmiş möhtəşəm hərbi paradda cənab Prezident İlham Əliyev Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını bəyan etdi. Dövlət başçımız məhz bununla dünya ictimaiyyətinə xatırlatdı ki, haqq hər zaman haqlı olanın yanındadır. Hesab edirəm ki, BTV-də işıqlandırılan məlum reportaj bu addımların davamıdır".
Bəhruz Quliyev onu da qeyd edib ki, artıq ermənilər bütün sahələrdə güclü və qüdrətli Azərbaycana uduzurlar: "İstər iqtisadiyyatda, istər hərbi qüvvədə, istər digər sahələrdə işğalçı Ermənistan ağır, sarsıdıcı məğlubiyyətlərə məruz qalmaqdadır. Əlbəttə, reallıq erməniləri qıcıqlandırır və onların vəhşi xislətə malik olmaları bu reallıqdan doğan həqiqətdir. Onlar öz təcavüzkar, şovinist və vəhşi düşüncələrini ədalətdən, haqdan üstün tutmağa cəhd göstərsələr də, heç nəyə nail ola bilmirlər. Düşünürəm ki, yaxın gələcəkdə digər ölkələrin media sahələrində də buna bənzər məsələlər işıqlandırılacaq. Daha doğrusu, bizlər də bu məsələlərdə fəaliyyətimizi artırmalı, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıyıq. Çünki müharibə yalnız döyüş zonalarında deyil, mətbuatda da davam edir. Bizlər media adamları olaraq, bu müharibədə, informasiya müharibəsində erməniləri sarsıdıcı məğlubiyyətə məruz qoymalıyıq".
"SƏS" Media Qrupunun rəhbəri son olaraq vurğuladı ki, Bolqarıstanın BTV telekanalı və sözügedən verlişi hazırladan bolqar jurnalistə bu işinə görə yalnız təşəkkür düşür. "Bəli, heç bir səhvə varmadan, doğrunu və gerçəkliyi insanlara çatdırmaq, xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyindən çıxış etmək üçün xarici ölkənin jurnalistinin belə bir addıma getməsi təqdir eidlməlidir. Düşünürəm ki, ermənilərlə informasiya müharibəsində qələbələrimiz davamlı olacaq".
Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı
.jpg)
"Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə doğru və düzgün şəkildə təqdim edilir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnızərazi bütövlüyümüz çərçivəsində öz həllini tapmalı olduğu beynəlxalq tribunalardan səsləndirilir. Elə bunun nəticəsidir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin həlli istiqamətindətorpaqlarımızın tezliklə azad olunmasını əsas prinsip kimi qəbul edir. Bu günlərdə Bolqarıstanın milli özəl telekanalı - "BTV Media Group"da "Qarabağ xatirələri" adlı proqramın yayımlanması həqiqətlərimiz təbliğində növbəti müsbət addımlar sırasındadır." Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətindən, təmas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ilə bağlı məqamlardan danışılan, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizinhaqlı mövqeyinin öz əksini tapdığı veriliş tamaşaçılara Azərbaycan muğamının və"Qarabağ şikəstəsi"nin müşayiəti ilə təqdim olunub: "Bolqarıstanlı müəlliflər verilişi hazırlayarkən baş verən hadisələri şahidlərin dilindən səsləndiriblər. Belə ki, qarabağlı məcburi köçkünlər İlqar Qasımov və Pakizə Məmmədova Dağlıq Qarabağ münaqişəsi iləbağlı acı xatirələrini, Ermənistanın işğalçılıq, soyqırımı siyasətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Ermənistanın təcavüzkar siyasəti regionun inkişafına, beynəlxalqsülhə və təhlükəsizliyə əsas əngəldir."
"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, artıq bütün dünya ermənilərin vəhşi, qaniçən, terrorçu olduğunu anlayır və nümayiş etdirilən faktlar vasitəsilə bir daha bunun şahidi olur: "Veriliş yayımlanandan sonra Bolqarıstan ermənilərinin müəlliflərə qarşı kəskin hücuma keçmələri, təhdidlərə başlamaları bir daha onların iç üzünü, vəhşiliyini nümayiş etdirir. Təbii ki, faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı. Hər zaman sülhə və təhlükəsizliyə maneə olan ermənilər qonşu dövlətlərin torpaqlarına göz dikiblər, öz çirkin niyyətlərini həyata keçirmək üçün terroru dövlət siyasəti səviyyəsinə qaldırıblar. Bolqar jurnalistlərə qarşı hücumlar isə bu reallığı təsdiq edir."
Nigar Orucova