Erməni yalanlarının ifşası və buna dözümsüz yanaşan işğalçı ölkə
3 İyul 2018 15:45 Siyasətİstər siyasi. Istər iqtisadi, istərsə də hərbi sahədə Azərbaycana uduzan işğalçı Ermənistan informasiya mübarizəsi sahəsində də eyni tendensiyanı yaşamaqdadır. Dünyada ikili standartlar və yanaşmanın olmasına baxmayaraq Azərbaycanın sözünü deyən, onun haqq səsini eşidənlərin sayının artması işğalçı ölkədə qıcıq yaratdığından Ermənistan dövləti, erməni lobbisi həmin dairələrə qarşı öz ənənəvi metodlarından istifadə edirlər. Azərbaycanın müdafiəsinə qalxan, onun haqlı mövqeyini müdafiə edən şəxslər, qrumlar, kütləvi informasiya vasitələri erməni lobbisinin hücumlarına məruz qalır, onlara qarşı çirkin kampaniya təşkil edilir. Necə ki, bu günlərdə Bolqarıstan mediasına olan hücumun timsalında bunun əyani şahidinə çevrildik. Xəbərlərdən də aydın olduğu kimi bir müddət əvvəl Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib. Lakin Azərbaycanın Xarici İşlər Nazirliyinin etirazından sonra sözügedən telekanal Azərbaycana da çəkiliş qrupu göndərilib. Nəticə etibarilə Azərbaycana səfərdən sonra Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb. Lakin hər zaman düz sözdən, yalanlarının ifşa olunmasından təşvişə düşən, bu reallığı qəbul etmək istəməyən ermənilər erməni lobbisi sözügedən verilişə görə proqramı hazırlayan jurnalistə və televiziyaya qarşı hücuma keçiblər.
Ümumiyyətlə, ermənilərin haqq, ədalət tərəfində olanları, Dağlıq Qarabağ probleminə hüquqi və obyektiv mövqedən yanaşanları qəbul etməmələri yeni bir hal deyil. Sözügedən problem meydana çıxandan, münaqişə dərinləşəndən bəri bu istiqamətdə obyektiv araşdırma aparıb öz mövqeyini ortaya qoyan şəxs və qruplara qarşı erməni lobbisinin kəskin mövqeyi ortada olub. Vaxtı ilə tanınmış araşdırmaçı Tomas de Vaala qarşı olan hücumlar hər kəsə bəllidir. Onun "Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabı erməni işğalçılığı, separatizmini açıq şəkildə ortaya qoyduğu üçün erməni lobbisi Tomas de Vaala qarşı da cəbhə açmışdı. Yaxud gürcüstanlı alim Quam Marxuliya məhz ermənilərin Dağlıq Qarabağ məsələsində ədalətsiz, haqsız mövqe tutduqlarını dediyi üçün erməni lobbisinin hücumlarına tuş gəlmişdi. Ümumiyyətlə, erməni lobbisinin, Ermənistan dövlətinin bu fəaliyyət əsas ana xəttini təşkil edir. Onlar öz yalanlarının ifşa olunması, dünyada rəzil duruma düşməmələri üçün obyektiv mövqedən çıxış edən hər kəsə qarşı amansız mübarizə aparır, açıq-aşkar düşmən münasibət sərgiləyirlər. Necə ki, moldovalı ombudsman Aureliya Qriqoriya İrəvanda keçirilən toplantıda ermənilərin işğalçılıq siyasətini onların üzlərinə demişdi, necə ki, özbəkistanlı araşdırmaçı Şuxrat Barlaz qələmə aldığı kitabında erməni terrorizmi və separatizminin mahiyyətini açıb ortaya qoymuşdu, eləcə də Bolqarıstanın BTV telekanalı bir müddət əvvəl hazıərlamış olduğu reportajda ermənilərin işğalçılıq siyasəti və Xocalı soyqırımından bəhs edərək İrəvanın Azərbaycana qarşıə aparmış olduğu informasiya mübarizəsinə tərs sillə çəkmiş oldu. Vaxtı ilə mopldovalı ombudsmanın, özbəkistanlı yazarın qarşılaşdığı hücum və təhdidlərlə indi də Bolqarıstan televiziyası və sözügedən proqramı hazırlayan jurnalist yaşayır.
Göründüyü kimi, erməni lobbisi, Ermənistan dövləti haqqın, ədalətin, problemin həllində beynəlxalq hüquq və prinsiplərin tətbiqini qətiyyən istəmir. Əks təqdirdə İrəvan və erməni lobbisi qeyd edilən prinsiplərdən çıxış edən şəxslərə qarşı amansız olmazdı. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, Ermənistan "Xocalıya Ədalət" beynəlxalq kampaniyasından da ciddi narahatçılıq keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ideyası ilə reallaşdırılan "Xocalıya Ədalət " kampaniyası başladığı vaxtdan bu günə qədər beynəlxalq aləmdə çox böyük əks-səda doğurub. Dünyanın əksər ölkələrində kampaniya çərçivəsində keçirilən görüşlər nəticəsində bir sıra ölkələr Xocalıda ermənilərin törətdikləri vəhşilikləri soyqırım kimi tanıyıb ki, bu da Azərbaycanın informasiya mübarizəsində Ermənistan üzərində tutarlı qələbəsi sayıla bilər. Elə bu səbəbdəndir ki, erməni lobbisi kampaniyaya xarici ölkələrdən dəstək verən şəxslərə qarşı də zaman-zaman amansız mübarizə aparır, onlara təzyiq edirlər. Çünki Azərbaycanın apardığı məqsədyönlü fəaliyyətlər nəticəsində artıq beynəlxalq aləmdə erməni yalanları tamamilə ifşa edilir. Bu reallıqla barışmaq istəməyən ermənilər isə Azərbaycanın uğurlu fəaliyyətinə qarşı cavabı aqressiya ilə verirlər.
Füzuli