Almaniya mətbuatı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən yazdı
3 İyul 2018 14:30 Siyasətİyunun 27-də Almaniyanının çoxtirajlı həftəlik nəşri olan "Stern" jurnalının xəbər saytı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə "Rheinmetall" şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə bağlanmış niyyət protokoluna dair geniş məlumat yaymışdır.
Müdafiə Sənayesi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, məlumatda bildirilir ki, Almaniyanın müdafiə sənayesi üzrə ixtisaslaşmış "Rheinmetall" şirkəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasına cəhd edir. Məhz bu məqsədlə cari ilin iyununda Fransada keçirilən "EUROSATORY-2018" sərgisi çərçivəsində "Rheinmetall" şirkəti ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi arasında niyyət protokolu imzalanmışdır. Məlumatda, həmçinin "Rheinmetall" şirkəti ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar da qeyd edilib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:https://www.stern.de/politik/deutschland/rheinmetall-bahnt-geschaefte-mit-aserbaidschan-an-8142486.html