“Bu, həlledici mövqe deyil” – Elçin Mirzəbəyli
“Rusiyalı ekspertlərin, deputatların fikirlərini təqdir edirəm, amma bu, həlledici mövqe deyil”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
3 İyul 2018 13:44 Siyasət"Rusiyalı ekspertlərin, deputatların fikirlərini təqdir edirəm, amma bu, həlledici mövqe deyil".
Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, bu cür mövqelər böyüdülməməlidir, mübaliğəyə yol verilməməlidir: "Təbii ki, rus deputatların, ekspertlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getmələri, ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikirlərini bölüşmələri yaxşı göstəricidir. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyənlərin olması bizim üçün vacib məqamdır. Amma bu cür mövqelər şişirdilmədən təqdim edilməlidir. Çünki bu cür fikirlərin bildirilməsi həlledici məqam deyil. Bu, Rusiyanın rəsmi mövqeyi deyil".
Azadinform