“Ermənistandakı vəziyyət məsuliyyətsizlik ətrafında dövr edir"

“Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Bakıda keçirilən Hərbi Parad Ermənistana bir siqnal oldu. Biz Ermənistanın əvvəlki hakimiyyətini çox yaxşı tanıyırdıq”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Bakıda keçirilən Hərbi Parad Ermənistana bir siqnal oldu. Biz Ermənistanın əvvəlki hakimiyyətini çox yaxşı tanıyırdıq".

Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, Ermənistandakı indiki hakimiyyətdə də simalar fərqli olsa da amma eyni vəziyyət hökm sürür: "Ermənistanın gərgin vəziyyəti bu məsuliyyətsizlik və qeyri-peşəkarlığını ətrafında dövr edir. Azərbaycan mütəmadi, dayanıqlı olaraq öz iqtisadi potensialını artırıb, eləcə də siyasi gücünü vətəndaşlarla, dövlət və iqtidar, hakimiyyət arasında dialoqun intensivləşdirməsi ilə artırıb. Bu da öz növbəsində Azərbaycanın Ordu quruculuğu tarixində, hərbi, sənaye, ümumiyyətlə isə ordunun döyüş qabiliyyətinin güclənməsinə gətirib çıxarıb. Təbii ki, bu da Hərbi Paradda özünü büruzə verdi və nümayiş etdirdi. Biz bunu açıq şəkildə göstərdik. Azərbaycan Prezidenti və regional dövlətlərin hərbi qurumlarının rəhbərləri də bunun şahidi oldu. Orada Azərbaycanın müxtəlif ölkələrdən alınan ən son, həmçinin Azərbaycanın Müdafiə Sənayesinin məhsulu olan silah-sursatlar, ağır zirehli texnikası və canlı qüvvəsi nümayiş olundu. Bu da Azərbaycanın gücünə, stabilliyinə dəlalət edir. Təbii ki, bu Ermənistana da bir güc, stabillik və potensial mesajıdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31