“Dünya məsələlərə Ermənistanın qara eynəyi ilə baxmaq istəmir"
“Ümumiyyətlə dünyanın bir çox yerlərində Ermənistanın Azərbaycana təcavüzü barəsində obyektiv məlumat yayılmaqdadır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
3 İyul 2018 12:20 Siyasət"Ümumiyyətlə dünyanın bir çox yerlərində Ermənistanın Azərbaycana təcavüzü barəsində obyektiv məlumat yayılmaqdadır".
Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, dünya artıq məsələlərə Ermənistanın qara eynəyi ilə baxmaq istəmir: "Tamamilə normaldır ki, daha bir Avropa ölkəsində Ermənistanın işğalı ilə bağlı obyektiv məlumat yayılır. Ermənistanda mütəmadi olaraq rejimin fikrinə qarşı çıxan insanlara qarşı aqressiv, eyni zamanda xuliqanlıq motivləri olan bir münasibət sərgilənir. Hesab edirəm ki, bu hallarla bağlı hüquq-mühafizə orqanları ciddi məşğul olacaqlar".
Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.
Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.
SİA