Rusiya Nikol Paşinyana təzyiq rıçaqları üzərində işləyir
Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya gəlişi, bir növ Yerevana Kremlin mesajıdır
3 İyul 2018 12:07 SiyasətRusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya gəlişi, bir növ Yerevana Kremlin mesajıdır
Ermənistan regionda əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. Uzun müddətdir ki. işğalçı ölkədə Qarabağ klanının hakimiyyətdə olması, bu klanın ortaya qoyduğu sərt və aqressiv mövqe belə bir fikir formalaşdırmışdı ki, İrəvanda hakimiyyətə kənar qüvvələrin gəlməsi Ermənistanın mövqelərində bir qədər yumşalmaya səbəb olacaq. Ən azı Levon Ter-Petrosyan təcrübəsi belə bir qənaətin formalaşmasına imkan yaradırdı. Eyni zamanda Ermənistanın getdikcə artan iqtisadi problemləri, bu ölkədə sosial-iqtisadi problemlərin daha qabarıq şəkildə özünü büruzə verməsi, ən əsası sadə erməni xalqının həmin problemlərin əsas baiskarı kimi İrəvanda hakimiyyətdə olan Qarabağ klanını görməsi də belə bir arqumentlərin yaranmasına yol açmışdı. Və gözlənildiyi kimi də oldu. Erməni xalqı ayağa qalxaraq Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırdı. Və heç bir siyasi təcrübəsi, ali təhsili olmayan Nikol Paşinyanı hakimiyyətə gətirdi. Lakin Paşinyanın baş nazir postunu zəbt etdiyi ilk günlərdən sərgilədiyi mövqe, ortaya qoyduğu münasibət erməni xalqını bu dəfə də məyus etmiş oldu. Nikol Paşinyanın baş nazir kimi ilk günlərdən verdiyi açıqlamalar belə bir reallığı ortaya qoydu ki, inqilabçı lider də sələfləri kimi aqressiv və qeyri-konstruktiv, terrorçu, separatçı təfəkkürlüdür. Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həlli məsələsində, eləcə də tərəflər arasında keçirilən danışıqlar prosesində İrəvanın deyil separatçı Dağlıq Qarabağ rejiminin təmsil olunmasını şərt kimi irəli sürməsi inqilabçı liderlə də Dağlıq Qarabağ problemini həll etməyin mümkünsüz olduğu görüntüsünü ortaya qoydu. İndi sadə ermənilər "yağışdan çıxdıq yağmura düşdük" ab-havasını yaşayırlar. Yəni Paşinyanın sərgilədiyi separatçı mövqe Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli mümkünsüzlüyündən xəbər verir. Həmçinin Ermənistan rəhbərliyinin bu davranışı Qarabağda müharibə ehtimallarını bir qədər də artırır. Hər halda Ermənistanın özündə də bunu artıq dərk etməyə başlayıblar. Belə ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad, eləcə də iyulun 2-dən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başlaması İrəvanda belə bir xof yaradıb ki, Azərbaycan Qarabağ cəbhəsində yeni bir müharibəyə hazırlaşır.
Azərbaycanın artan hərbi hərəkətliliyi, buna qarşılıq olaraq isə İrəvanın ortaya qoyduğu sərt. Aqressiv mövqe ekspertlər də belə qənaət formalaşdırıb ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması Dağlıq Qarabağ probleminin həllinə heç bir müsbət təsir göstərmədiyindən hərbi əməliyyatlar qaçılmaz variant kimi gündəmə gəlir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki,
Ermənistanda Qarabağ klanının hakimiyyətdən getməsi, Qarabağ konfilikti ətrafında situasiyanın heç də yaxşılaşması olmadı, daha da sərt xətt millətçilərin hakimiyyəti isə, müharibə ehtimalını gündəmə daşıdı. Onun sözlərinə görə, Nikol Paşinyanın hakmiyyətinin sərt ritorikasına qarşı ilk gündən Naxçıvan istiqamətində ordumuzun tutarlı mesajı görünür, yeni hakmiyyəti Sarkisyan rejimi kimi Qarabağ kartından istifadə etməyə sövq edib: "Qeyd edim ki, Nikol Paşinyanın hazırkı siyasi kursu regionda ümumi təhlükəsizliyi təhdid edir. Onun ötən gün erməni ordusuna müdafiə və döyüşə hazır olmasını əmr etməsi, əsasən daxili siyasi gərginliyi cəbhə bölgəsinə çəkməklə, özünün vəd etdiyi islahatlardan yayınmaqdır. Hazırda Nikol Paşinyana cəbhədə gərgin vəziyyətin davam etməsindən narahatdır. O, rəqibləri üzərində əzici üstünlüyü ilə xalqa göstərmək istəyir ki, mümkün hərbi toqquşmada, Rusiya bizi dəstəkləmədi və bundan sonra antiRusiya kampaniyasına strat versin. Göründüyü kimi Ermənistanda cərəyan edən siyasi hadisələr rəsmi Bakı tərəfindən diqqətlə izlənməli və Azərbaycan situasiyaya uyğun hərəkət edərək mümkün hərbi təzyiqləri artırmalıdır. Baş verənlərin ölkəmizin maraqlarına uyğun gerçəkləşməsi, son dərəcə realdır".
Politoloq deyyib ki, Rusiya, artıq Nikol Paşinyana təzyiq rıçaqları üzərində işləyir: "Düzdür, bunu Azərbaycanın əli ilə etmək istəmir. Çünki, Ermənistanda antiRusiya eyforyası yüksələ bilər. Amma, ümumi siyasi gedişlər edəcək. Ötən gün Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya gəlişi, bir növ Yerevana Kremlin mesajıdır. Burada verilən mesajlar:"Rusiyanın yeganə müttəfiqi Azərbaycandır"-kimi populist açıqlamalar, təbii kimi Yerevana Moskvanın xərbərdarlıq siqnalıdır. Bu mesaj heç də Moskanın Azərbayacana müttəfiq yanaşması deyil. Bundan əlavə Azərbaycan ordusunun 20 minlik şəxsi heyətinin iştirakı ilə geniş miqyaslı hərbi təlimi məhz hücum və ərazilərin işğaldan azad edilməsi şərti ilə keçirilir. Bu irimiqyaslı təlimlər müharibəyə hazırlıqdı. Çünki, böyük maliyyə məbləği tələb edən bu kimi təlimlər real döyüşlər üçün planlaşdırılır. Hər halda yaxın günlərdə hər şey aydın olacaq. Hazırda müşahidə edilən mənzərə ondan ibarətdir ki, Qarabağda hərbi əməliyyatlar qaçılmazdır".
Süleyman