Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana qarşı tacavüzü barədə veriliş hazırlayıb
Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb.
2 İyul 2018 18:58 SiyasətBolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.
Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.
Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31