Deputat: “QDİƏT digər ölkələrə inteqrasiyamızı genişləndirir”
“Ümumiyyətlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) bizim üçün vacib bir təşkilatdır. Çünki region dövlətləri bu təşkilatda təmsil olunurlar”. Bunu millət vəkili Azər Badamov deyib.
2 İyul 2018 11:41 Siyasət"Ümumiyyətlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) bizim üçün vacib bir təşkilatdır. Çünki region dövlətləri bu təşkilatda təmsil olunurlar".
Bunu millət vəkili Azər Badamov deyib.
"Biz hər zaman öz problemimizi hər bir beynəlxalq təşkilatda önə çəkirik. Təbii ki, bu problem də bizim torpaqlarımızın işğal altında olmasıdır. Biz hər zaman dünya ictimaiyyətinə Azərbaycanın işğala məruz qalması ilə bağlı göstərilən qeyri-adekvat münasibəti səsləndiririk. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) da belə bir platformadır ki, orada da öz sözümüzü deməyə imkan tapırıq. Bundan əlavə QDİƏT iqtisadi bir təşkilatdır. Bizim bu təşkilatda olmağımız qurumda təmsil olunan digər ölkələrə inteqrasiyamızı genişləndirir. Azərbaycanın da bu təşkilata sədrlik etməsi təbii ki, bizim strateji planlarımızın həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verəcəkdir"-deyə, millət vəkili fikrini tamamlayıb.
Qeyd edək ki, iyunun 27-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında quruma sədrlik Azərbaycana keçib.
SİA