ABŞ-da Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirilir
1 İyul 2018 05:29 SiyasətABŞ-da minlərlə insan prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı etraz aksiyası keçirirlər.
Trend-in məlumatına görə, etiraz edənlər hakimiyyət tərəfindən ayrılan qeyri-leqal yaşayan ailələlərin birləşməsi prosesini tezləşdirilməsini tələb edirlər.
Etiraz aksiyalarında bir neçə Amerika ictimai təşkilatları, o cümlədən miqrantların hüquqlarının müdafiəsinə qalxan təşkilatlar iştirak edir.
CNN qeyd edir ki, aksiyalar Bostonda (Massaçusets ştatı), Denverdə (Kolorado ştatı), Vaşinqtonda, Nyu-Yorkda, Dallasda (Texas ştatı) keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31