Erməni ordusu cəbhənin şərq istiqamətində HƏRƏKƏTƏ KEÇDİ
29 İyun 2018 15:47 SiyasətErmənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib.
Təlimlər müdafiə və hücum xarakteri daşıyıb.
Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata keçirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Naxçıvan və Qarabağ cəbhəsində uğurlu əməliyyatları Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvanda hesab edirlər ki, Qarabağ danışıqlarının dalana dirənməsi Azərbaycanı ərazilərin azad edilməsi üçün hərbi varianta üz tutmağa məcbur edəcək. Bu kontekstdə Qarabağdakı təlimlər də müharibəyə hazırlıq xarakteri daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31