Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsinə həsr olunmuş konfrans keçiriləcək

İyulun 2-də Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsinə həsr olunmuş 3-günlük konfrans keçiriləcək.

BMT-nin Bakı ofisinin informasiya departamentindən "OLAYLAR"-a bildirilib ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçiriləcək tədbirdə 100-dən çox BMT və Azərbaycan hökuməti rəsmisi, eləcə də mütəxəssislər iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31