“Ölkəmiz digərləri üçün model halına gəlib”

"Bu toplantı bir daha təsdiq edir ki, Azərbaycan Əfqanıstanda nizamasalmada iştirak edən dövlətlər, xüsusən ABŞ üçün vazkeçilməz müttəfiq mövqeyindədir".

Bu sözləri  millət vəkili, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Musa Qasımlı Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı barədə fikirlərini bölüşərkən deyib.

O bildirib ki, Azərbaycan müsəlman Şərqi ölkələri üçün model halına gəlib: "Bu, təkcə coğrafi mövqeyi deyil, eyni zamanda, yürütdüyü siyasət ilə dövlətimizin dünya siyasətində yerinin möhkəmlənməsinin və rolunun artmasının göstəricilərindən biridir".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31