Elis Uels: "Azərbaycanın görüş üçün meydan kimi seçilməsi onun regiondakı rolundan xəbər verir"

"Azərbaycanın görüş üçün meydan kimi seçilməsi onun regiondakı rolundan və strateji mövqeyindən xəbər verir".

Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasını şərh edərkən deyib.

"Şəxsən Prezident İlham Əliyevə Əfqanıstana və onun xalqına belə fəal yardım üçün minnətdarlığımı bildirmək istəyirəm. Təmas Qrupunun Bakıdakı iclası beynəlxalq ictimaiyyətin "Taliban"la sülh razılaşmasına nail olmağa çalışdığını göstərir. İndi onların cavavbını, reaksiyasını gözləmək lazımdır", - ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31