"Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" təsdiq edilib
28 İyun 2018 18:56 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" fərman imzalayıb.
Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək tapşırılıb.
Xarici Kəşfiyyat Xidməti bu fərmandan irəli gələn məsələləri həll edəcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31