Milli Məclisin son iclasında 39 məsələ müzakirə ediləcək
28 İyun 2018 18:12 SiyasətAzərbaycan Milli Məclisini növbədən kənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyinə əlavə məsələlər daxil edilib. İclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib, bununla iclasın gündəliyi 39 məsələyə çatıb.
Bunlar, neft müqavilələri ilə bağlı iki sənədin ratifikasiyası, "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara əlavə və dəyişikliklərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31