Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.
28 İyun 2018 15:38 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.
İclasda komitənin "Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi" adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.
Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.
S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31