“Beynəlxalq təşkilatlardan ədalət gözləməyə dəyməz"
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
28 İyun 2018 14:49 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil".
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi ərazidə maraqları toqquşan, ölkəmizdə iqtisadi korporativ maraqları olan, Ermənistanın maraqlarını ifadə edən qüvvələr mütəmadi olaraq ən müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniya aparacaqlar: "Biz uzun illərdir ki, bunun şahidi oluruq. Bu gün dünyadan, beynəlxalq təşkilatlardan ədalət gözləməyə dəyməz. Amma şübhəsiz ki, bu platformaları tərk etmək lazım deyil. Çünki bu platformalarda sonuna qədər müdafiə olunmaq, mübarizə aparmaq, haqlı mövqeyimizi ifadə etmək lazımdır. Bu aspektdən də belə proseslərə hazır olmalıyıq. Eyni zamanda şübhəsiz ki, bu təxribat xarakterli addımlar atan qrupların kimliyi, mahiyyəti müəyyənləşdirilməlidir. Mütəmadi olaraq onların atdığı bu addımların hansı maraqlardan qaynaqlandığı haqda həmin o beynəlxalq təşkilatların özündə də, eyni zamanda kütləvi informasiya vasitələrində geniş şəkildə məlumat vermək lazımdır ki, baş verən proseslərin nədən qaynaqlandığı bir daha hər kəsə bəlli olsun".
Sia