Vüqar Əhmədov: “AŞPA-da sərt mövqe sərgilənməlidir"

"Hesab edirəm ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) artıq özünün sərt mövqeyini ortaya qoymalıdır. Çünki ayrı-ayrı beynəlxalq təşkilatlarla bizim çox gözəl münasibətlərimiz var. Lakin burada hansısa qrup insan bu münasibətlərə kölgə salırsa, biz o insanlara görə beynəlxalq təşkilatlarla münasibətlərimizi korlaya bilmərik".

Bunu  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

"Ona görə də hesab edirəm ki, biz AŞPA-nın ilin əvvəllindən davam edən bu qərəzli münasibətinə qarşı tələblər ortaya qoymalıyıq ki, oradakı ekspertlər dəyişdirilsin. Bu mənada düşünürəm ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti sərt mövqe sərgiləməlidir. Məsələn, bu yaxınlarda TANAP layihəsinin açılışı oldu. Amma biz Avropa İttifaqı, Qərbi Avropa dövlətlərindən bir o qədər dəstək görə bilmədik. Əslində bu çox önəmli bir layihədir. Lakin hansısa bir şəxsi məsələ olan kimi bunlar dərhal fəallaşırlar. Bu gün Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında demokratik inkişaf var və insan haqları yüksək səviyyədə qorunur. Ölkəmizdə vətəndaş cəmiyyəti və azad media vardır. Amma onlar sadəcə olaraq məqsədli şəkildə Avropada, Qərbdə Azərbaycanı gözdən salmaq istəyirlər"-deyə, sabiq köməkçi fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31