Azərbaycan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstanda səfərdədir
28 İyun 2018 14:37 SiyasətAzərbaycanMilli Məclisinin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Mahaçqalada səfərdədir.
Nümayəndə heyəti Dağıstanın görkəmli dövlət və ictimai xadimi Maqomedsalam Umaxanovun 100 illik yubileyi münasibətilə keçiriləcək təntənili mərasimlərdə iştirak edəcək.
Mahaçqala hava limanında fəxri qonaqları Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dağıstan hökumətinin sədri Artyom Zdunov, Dağıstanın müftisi şeyx Əhməd-Hacı Abdullayev və başqaları qarşılayıblar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31