Fazil Mustafa: "Bu tədbirlərin keçirilməsindən faydalanmaq lazımdır"
28 İyun 2018 12:09 Siyasət"Bu cür tədbirlərin Bakıda keçirilməsi müsbət haldır. Azərbaycan artıq neçənci dəfədir ki, beynəlxalq konfranslara ev sahibliyi edir. Bu cür konfranslar Azərbaycanın öz problemlərini də diqqətə çatdırması baxımından faydalıdır".
Bu sözləri millət vəkili Fazil Mustafa Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı barədə fikirlərini bölüşərkən deyib.
O, bildirib ki, bu kimi tədbirlərdən faydalanıb ölkəmiz üçün əhəmiyyətli olan məsələləri gündəmə gətirmək lazımdır: "Yəni bu kimi tədbirlərin keçirilməsindən lazımınca faydalanmaq lazımdır".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31