Aydın Əhmədov: “Ermənistan rəhbərliyi öz məkrli siyasətindən əl çəkməlidir"
“Azərbaycan gənc dövlətdir və 25 il dünyada tanınmaq, özünü qəbul etdirmək üçün o qədər də böyük müddət deyil. Lakin, düşünülmüş, düzgün siyasət nəticəsində Azərbaycanın gücü, bu coğrafiyada tutduğu mövqeyi, istinad etdiyi dünyəvi dəyərlər, regionda enerji təhlükəsizliyi və anti-terror sahəsində gördüyü işlər dünyanın diqqətindən kənarda qalmadı”. Bu fikirləri YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvü Aydın Əhmədov bildirib.
28 İyun 2018 11:45 Siyasət"Azərbaycan gənc dövlətdir və 25 il dünyada tanınmaq, özünü qəbul etdirmək üçün o qədər də böyük müddət deyil. Lakin, düşünülmüş, düzgün siyasət nəticəsində Azərbaycanın gücü, bu coğrafiyada tutduğu mövqeyi, istinad etdiyi dünyəvi dəyərlər, regionda enerji təhlükəsizliyi və anti-terror sahəsində gördüyü işlər dünyanın diqqətindən kənarda qalmadı".
Bu fikirləri YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvü Aydın Əhmədov bildirib.
Onun sözlərinə görə, bu uğura dostlar sevinsə də, qeyri-dostlar öz məkrli düşüncə tərzlərindən geri çəkilə bilmədilər: "Bu gün bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartlar yürüdülür. Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli vaxtaşırı separatçı rejimi dəstəkləyən fikir və addımlar sərgilənir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və bütün məkrli niyyətlərə baxmayaraq bu reallığı kimsə dəyişə bilməz. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bu barədə qətiyyətli mövqe sərgiləyib və dünyaya bəyan edib ki: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq." Ermənistan özünün ağır vəziyyəti, ölkəsində baş verən prosseslərə diqqət kəsilməkdənsə, yenə də dünya ictimaiyyətinə yalan məlumatlar ötürməklə özünün nə qədər aciz vəziyyətdə olduğunu təsdiq edir".
Gənc YAP üzvü onu da bildirib ki, bu günlərdə hərbi döyüş əməliyyatı ilə Cocuq Mərcanlıdan sonra Günnüt kəndinin 11 min hektar sahə ilə birlikdə geri alındığı barədə Prezident İlham Əliyevin rəsmi təsdiqləyici bəyanatından sonra Paşinyanın sosial şəbəkələrdə canlı yayımla çıxış edərək Günnüt kəndinin guya erməni ordusunun nəzarəti altında olduğunu deməsi, nəinki dünya ictimaiyyətinə, eləcədə, ölkəsinin vətəndaşlarına qarşı yalan siyasəti yürütdüyünün bariz nümunəsidir: "Paşinyanın bu gülünc cavabına isə dünya ictimayyəti susmamalıdır. Cənab İlham Əliyevin güclü diplomatiyasının uğurlu gedişləri qarşısında diz çökən Ermənistan rəhbərliyi isə artıq öz məkrli siyasətindən əl çəkməli və həqiqətə gözünü açmalıdır. Bunun üçünsə bizlər də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək iqtidarında olmalıyıq. Bu gün mövcud sosial şəbəkələrdə tariximizlə bağlı, ermənilərin işğalçı siyasəti ilə bağlı mümkün qədər məlumatlar yerləşdirməli, təbliğat mexanizmini işə salmalıyıq. Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri kontekstindən yanaşılması müasir dövrdə bir sıra ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılmaması üçün çağdaş tarixin, xüsusilə də yaxın keçmişin obyektiv öyrənilməsinə böyük ehtiyac var. Biz nə qədər tariximizi düzgün təbliğ etsək, o qədər də ermənilərin yalanları puç olacaq. Bu gün fikir və düşüncələrimizi Azərbaycan naminə birləşdirməli və bütün dünyaya sübüt etməliyik ki, haqqı və ədaləti bayraq edərək mübarizə aparanlar heç bir zaman məğlub olmurlar".
SİA