Yaşıllıqların bərpası qaydaları dəyişdirildi

Nazirlər Kabineti "Yaşıllıqların bərpası Qaydası"na dəyişiklik edib.

"Olaylar" xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31