Əfqanıstan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Əfqanıstan xarici işlər nazirinin müavini Azərbaycana gəlir.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Əfqanıstan üzrə Beynəlxalq Əlaqə Qrupu"nun iyunun 28-də Bakıda keçiriləcək iclasında iştirak etmək üçün Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlir.

Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək iclasda Əfqanıstanda sülhün və sabitliyin əldə olunması üçün tərəfdaş ölkələr arasında müzakirələr aparılacaq.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31