Azərbaycan millət vəkilləri AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azad Demokratlar Qrupunun (ADQ) iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidentləri seçiliblər.

Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.

Q.Paşayeva və Ü.Ağayevanın namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31