“Azərbaycanın uğurlarını qəbul etməyən bəzi qüvvələr var"
27 İyun 2018 16:15 Siyasət"Ümumiyyətlə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli və ədalətsiz qərarlarının qəbulunun arxasında ermənilər tərəfindən maliyyələşdirilən, Azərbaycanın uğurlarını qəbul etməyən bəzi qüvvələr vardır. Təbii ki, bu onlar üçün qəbuledilməz bir şəraitdir. Ona görə də həmin dairələr əllərindən gələni edirlər. Ancaq bu heç bir nəticə vermir".
Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
"Biz görürük ki, onlar ardıcıl olaraq bir neçə il çalışırlar, lakin layiqli cavablarını aldıqdan sonra bu qərarlar yalnız kağız üzərində qalır. Ona görə də Azərbaycanın mövqeyi düzgün mövqedir. Bu müəyyən qüvvələri qıcıqlandıra bilər. Biz buna fikir verməməliyik və öz fəaliyyətimizi davam etdirməliyik. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasi kursumuz davam edir. Təbii ki, bu da öz nəticələrini verir. Başqalarının nə etməsinin isə Azərbaycana heç bir mənfi təsiri olmayacaq", - deyə, T.Vahabov fikirlərini tamamlayıb.
SİA