“AŞPA-da dövlətimizə qarşı qərəzli iş aparılmaqdadır”

“Ermənistanda general belə həbs edilir, ancaq Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan məruzəçi təyin etmir”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

"Ermənistanda general belə həbs edilir, ancaq Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan məruzəçi təyin etmir".

Bunu  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Avropa Şurasının Azərbaycanda "siyasi məhbuslar" üzrə xüsusi məruzəçi təyin etməsi Azərbaycan dövlətinə qarşı apardığı kampaniyanın tərkib hissəsidir: "AŞPA-nın daxilində uzun müddətdir dövlətimizə qarşı aparılan məqsədyönlü siyasət davam etdirilir. Bəlli bir qrup mövcuddur və bura əsasən güclü erməni diasporası daxildir. Bütün imkanları ilə çalışırlar ki, Azərbaycanın imicini korlasınlar. Bu gün Ermənistanda onlarla vətəndaş cəmiyyətinin nümayəndələri, media işçiləri, siyasi partiya nümayəndələri, keçmiş hərbiçilər həbsə atılır. Bilirsiniz ki, Ermənistanda Sərkisyan rejimi dəyişdirilib.

Hər gün eşdirik ki, Ermənistanda general, polkovnik həbs edildi, keçmiş prezidentin ətrafında olan şəxslər həbsə alındı. Niyə indiki vəziyyətdə Avropa Şurası Ermənistanda siyasi məhbus üzrə xüsusi məruzəçi təyin etmir? Son 20 ildə Ermənistanda hakmiyyət dəyişikliyi ölümlə, qanla həyata keçirilib. Sərkisyan o zaman hakmiyyətə gələndə onlarla dinc nümayişə çıxan şəxsləri qətlə yetirdi və yaxud da spiker Stepan Dəmirçiyan canlı efirdə parlamentin binası qarşısında qətlə yetirildi. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AŞPA tam şəkildə dövlətimizə qarşı qərəzli iş aparmaqdadır. Bu məsələdə tək Ermənistan diasporası deyil, Azərbaycan dövlətinin Qərblə, Avropa təchizatları ilə əlaqələrinin pis olmasını istəyən Rusiyanın da maraqları var. Rusiya istəmir ki, Azərbaycan adı çəkilən qurumlarla yaxından əməkdaşlıq etsin".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31