Azərbaycanın xaricdəki konsullarının bu hüququ ləğv edildi - Sərəncam

Azərbaycanın xaricdəki konsullarının müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququ ləğv edilib.

Azərbaycanın xaricdəki konsullarının müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququ ləğv edilib.

Bu, Azərbaycan prezidenti İlham Əliyev bu gün imzaladığı "Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" qanunda əksini tapıb.

Bundan əvvəl konsul qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququna malik olub.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31