Paşinyanın devrilmək qorxusu və Qarabağ klanına qarşı açılan savaş
27 İyun 2018 13:36 SiyasətErmənistanda bir müddət əvvəl baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkədə ictimai-siyasi sabitliyi tam bərpa etmək problemə çevrilib. Xalq kütlələrinin etimadını doğrulda bilməyən Nikol Paşinyan üçün növbəti problem separatçı Dağlıq Qarabağ rejimində yaranıb. Belə ki, artıq bir xeyli müddətdir sabiq prezidentin tövsiyəsi ilə Qarabağda Paşinyan hökuməti əleyhinə aksiyalar keçirilir. Baş nazir Paşinyan isə hazırda situasiyanı əleyhidarlarını və onlara dəstək verən siyasiləri zərərsizləşdirməklə öz xeyrinə dəyişmək istəyir. Politoloq Məhəmməd Əsədullazadə deyir ki, baş nazir Nikol Paşinyanın Sərkisyan rejimin üzvülərinə qarşı korrupsiya və dövlət əmlakını mənimsəmə maddələri ilə cinayət işinə başlamaq təlimatını verməsi ilə Qarabağ klanının neytrallaşdırılmasına start verilib. Onun sözlərinə görə, əvvəlcə, bu klanın məşhur üzvü, yarım hərbi təşkilatın sədri və Sərkisyanın yaxın müttəfiqi Manvel Qirqoryan həbsi olundu: "Çünki, Manvel Qirqoryan böyük maliyyə imkanlarına sahib olaraq Sərkisyanın təlimatı ilə hərbi çevrilişə hazırlaşırdı. Bu,açıq qeyd edilməsə də ortada olan faktlar bunu deməyə əsas verir. Qirqoryanın əmlaklarından çıxan silah-sursat hakimiyyət çevrilişi üçün nəzərdə tutulmurdusa, bəs nə üçün idi?... Bu çevriliş və revanşa növbədənkənar parlament seçkilərində həyata keçirilməsi ərəfəsində cəhd edilə bilərdi. Qeyd edim ki, Paşinyanın Qərbpərəst siyasəti və Qarabağ klanın siyasi səhnədən uzaqlaşdırması, Kreml -Sərkisyan ittifaqını ortaq məxrəcə gətirirdi. Hazırda Rusiyanın Paşinyandan narazılığı açıq sezilir və müdaxilə imkanları yetərsiz olduğu üçün bunu Sərkisyan və Qirqoryan xətti ilə həyata keçirməsinə hazırlaşa bilərdi. Ona görə də Paşinyanın seçki öncəsi güclü və Kremlə bağlı olan müxalifəti neytrallaşdırması, hakimiyyətə gələn gündən başladı. Çünki, islahatlara gedib, bu məsələlərin həllini sonraya saxlasa idi, özünün devrilməsi qaçılmaz olacaqdı". Politoloqun qənaətincə, Sərkisyan və klanı hesab edirdi ki, yeni hakimiyyətin başı islahatlara qarışacaq və bu islahatlar nəticəsiz olacaq: "Bundan istifadə edib, Paşinyanı devirəcəklər. Göründüyü kimi islahatlara başlamazdan ilk əvvəl, birinci qarşısında maneələri aradan qaldırmağı həyata keçirən Nikol, Ermənistanda Rusiyanın dayaqlarını zəiflətməyə və sıradan çıxarmaqla başladı. O, Putinlə görüşdə dostluq və müttəfiqlikdən danışır, ölkəsində isə, anti-Rusiya siyasəti həyata keçirir.
Ermənistan həbslər Sərkisyanın qardaşlarından da yan keçmədi. Çünki, Nikol Paşinyan Sərkisyanın qardaşlarını həbs etdirməklə, istintaqa çağırmaqla, Serjə mesaj vermiş oldu. Çünki, Serj Sərkisyan Paşinyana qarşı yeni ssenarinin üzərində çalışırdı. Bu həbs, məhz Serjin özünə də şamil ola bilər. Onun qardaşlarının cinayətləri 10 illik hakimiyyət dövründə həyata keçirilib. Qeyd edim ki, baş nazirlikdən Sərkisyana Qarabağ danışıqları üzrə hər hansı görəvin verilməsi barədə açıqlamaları məhz Qarbağ klanını sakitləşdirməyə hesablanıb. Təbii ki, Nikol Paşinyan Sərkisyana öz hakimiyyətinidə yer verməz. Çalışacaq ki, Sərkisyan və Robert Koçaryanın dayaqlarını Ermənistanda laxlatmaqla Rusiyanın təsirini azaltsın".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda köhnə hakimiyyətin üzvlərinə qarşı ittihamlar, həbslər birbaşa Rusiya və onun himayə etdiyi qruplara qarşıdı: "Əgər, bu güclü qruplar sıradan çıxarılmasa, Paşinyan heç bir islahatlara gedə bilməyəcək. Hələ ki, Sərkisyan və Rusiyanın müqaviməti görünmür. Bunun səbəbi yenidən xalqın ayağa qalxmasıdır. Əsas müqavimət növbədən kənar seçkilərə hazırlanırdı. Ermənistanda siyasi vəziyyətin mürəkkəbləşəcəyi qabaqdadır. Sərkisyanın Respublikaçılar Partiyasından sabiq baş nazir, Rusiyanın adamı Karen Karapetyan istefa vermiş oldu. Onun istefası bir sıra siyasi mətləblərdən irəli gəlir. Rusiya Nikol Paşinyanla danışıqlarda Karen Karapetyanın yeni hakimiyyətdə təmsil olunmasını istəyəcək. Rusiya hər vəchlə çalışır ki, yeni hakimiyyəti öz nəzarətində saxlasın. Bunu Karen Karapetyan vasitəsiilə planlamağı hesablayır. Amma Paşinyan Karen Karapetyanı öz kabinetinə gətirməsi Rusiya ilə danışıqlar və şərtlərdən asılı olacaq. Nikol Paşinyanın kabinetinə fikir versək, burada Rusiyaya bağlı şəxsləri görmək mümükün deyil. Ona görə də Karapetyanın yeni hakimiyyətdə təmsil olunması real görünmür".
Politoloq hesab edir ki, Ermənistanda siyasi vəziyyətin normallaşması mümükün görünmür. Onun sözlərinə görə bu qeyri- siyasi vəziyyət Qarabağ münaqişəsinin həllini mümkünsüz edir: "Görünür, rəsmi Bakı Paşinyanın Qarbağ klanını sıradan çıxarmaqla, yeni danışıqlara başlaycağını gözləyir. Qarabağ klanının güclü olması, Paşinyanın hər hansı danışıqlarda kompromisə gedəcəyi mümkünsüz görünür. Birləşmiş Ştatlar və Qərbdə Qarabağ münaqişəsinin həllini Rusiyasız mümkün hesab edirlər. ABŞ və Qərb Rəsmi Yerevadan münaqişənin ədalətli həllini tələb edəcəyi yalnız onda ola biləcək ki, Ermənistanda Rusiyanın mövqeyi itirilmiş olsun. Əgər, Nikol Paşinyan konfliktin həllini xələfi kimi davam etdirsə, Azərbaycan ilk hərbi zərbə ilə vəziyyəti 160 dərəcə dəyişə bilər. Bu mümkündü və keçirilən hərbi parad buna hesablanıb".
Füzuli