Rəcəb Tayyib Ərdoğan iyulun 8-də and içəcək
26 İyun 2018 07:54 SiyasətTürkiyədə keçirilən prezident seçkisində qalib gələn Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iyulun 8-də and içəcək.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, andiçmədən sonra o, dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.
Həmin gün Türkiyə Böyük Millət Məclisində yeni deputatların andiçmə mərasimi də olacaq.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkisində R.T.Ərdoğan qalib gəlib. O, 52,55 faiz səs toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31