“Seçim növbəti illər üçün Türkiyədə sabitliyin və perspektivin qarantı olacaq”

“İyunun 24-də Türkiyə öz tarixinin ən krtitik seçkilərindən birini keçirdi. Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkidə həm ilk dəfə olaraq prezident seçildi, həm də parlament formalaşdırıldı”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

"İyunun 24-də Türkiyə öz tarixinin ən krtitik seçkilərindən birini keçirdi. Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkidə həm ilk dəfə olaraq prezident seçildi, həm də parlament formalaşdırıldı".

Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onu sözlərinə görə, seçkidən qabaq onun nəticələri ilə bağlı müxtəlif proqnozlar verilsə də, türk xalqı ən doğru olanı etdi. İndiki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 53 faizinin səsini qazanaraq elə birinci turdaca qalibiyyətini elan etdi: "Onun rəhbərlik etdiyi AKP-nin MHP ilə birgə yaratdığı Cumhur İttifaqı da parlamentdə səslərin yarıdan çoxunu qazandı. Beləliklə, çoxlarının arzularının əksinə olaraq türk xalqı növbəti demokratiya imtahanından üzüağ çıxdı. Seçkiyə qatılan tərəflərin hər biri nəticələri qəbul etdi. Ərdoğanın əsas rəqibi olan CHP-nin namizədi Mühərrəm İncə də mətbuat konfransı keçirib, nəticələrlə razılaşdığını, seçkiləri uduzduğunu etiraf etdi. Türkiyəni qarışdırmaq, xaosa sürükləmək istəyənlərin arzuları növbəti dəfə ürəklərində qaldı. İkincisi, Türkiyə regionda və dünyada kifayət qədər mürəkkəb şəraitdə ən doğru olan seçimi etdi. Bu seçim növbəti illər üçün Türkiyədə sabitliyin və perspektivin qarantı olacaq. Türk seçicisi həm də Ərdoğan hakimiyyətinin son vaxtlar terrora qarşı apardığı mübarizəyə dəstək nümayiş etdirdi, hökumətin addımlarından razılığını ifadə etdi. Ərdoğanın və partiyasının zəfəri Azərbaycan üçün də ən sərfəli seçim idi. Çünki bu komandanın Azərbaycanla siyasi və iqtisadı sferada əməkdaşlığa verdiyi dəstək göz önündədir. Ərdoğan hakimiyyəti dövründə Azərbaycan və Türkiyə sözün əsl mənasında "bir millət-iki dövlət" prinsipi əsasında əməkdaşlıq edib. Böyük regionla layihələrə razılaşdırılıb, icra edilib və edilməkdədir. Azərbaycan Türkiyənin ən böyük xarici sərmayədarına çevrilib. AKP hökumətlərinin, prezident Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe də hamımıza məlumdur. Amma təəssüf ki, müxalifətin namizədi olan M. İncə seçki kampaniyası boyu bir dəfə də Dağlıq Qarabağ münaqişəsindən söz açmadı. Bütün bunları ümumiləşdirəndə Azərbaycan üçün də Ərdoğanın və partiyasının zəfəri sevindirici oldu. Təsadüfü deyil ki, Türkiyə liderini seçkilərdəki qələbə münasibətilə ilk təbrik edən də məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31